Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həsən Quliyevə yeni vəzifə verildi - FOTO

Həsən Quliyevə yeni vəzifə verildi - FOTO

Tarix: 17 Fevral 2024 17:44

"Bank of Baku" ASC-nin İdarə Heyətinə yeni sədr təyin olunub.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bu, Həsən Quliyevdir.

O, indiyə qədər İH sədrinin I müavini olub və yeni vəzifəsində Filiz Yunus Emreni əvəz edib.

Xatırladaq ki, "Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 milyon manatdır. Bankın səhmlərinin 35 %-i Türkiyənin "NAB Holding"inə, 31,1 %-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100 %-lik, "AFB Bank" ASC-nin isə 99,6 %-lik səhmdarı), 28,9 %-i "Azpetrol Neft Şirkəti" MMC-yə, 5 %-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur./Report


Etiketlər:  Həsən Quliyevə yeni vəzifə verildi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ