Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

X İranın məhkəmə sisteminin saytına qadağa qoydu

X İranın məhkəmə sisteminin saytına qadağa qoydu

Tarix: 18 Fevral 2024 12:24

X sosial media platforması İran məhkəmə sisteminin media orqanı olan "Mizan" saytına daimi qadağa tətbiq edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Mizan" saytı məlumat yayıb.

Məlumatda bildirilib ki, saytın hesabı davamlı olaraq nifrət mahiyyətli materiallar yaydığı üçün bloklanıb.

Bununla yanaşı, "Mizan" X sosial şəbəkəsində yeni hesab aça bilməyəcək.

Qeyd edək ki, bir neçə gün əvvəl X İran hökumətinə bağlı bir neçə xəbər agentliyi, televizya kanalının təsdiq nişanını silib.

Milli.Az


Etiketlər:  X İranın məhkəmə sisteminin saytına qadağa qoydu


RƏYLƏR