Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

O da Baydendən müsahibə almaq istəyir

O da Baydendən müsahibə almaq istəyir

Tarix: 18 Fevral 2024 17:14

Rusiyanın "Rossiya Seqodnya" media qrupunun baş direktoru Dmitri Kiselyov ABŞ Prezidenti Co Baydendən müsahibə almaq üçün Ağ Evə müraciət edib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, müraciətin surətini "RİA Novosti" dərc edib.

Kiselyovun sözlərinə görə, Rusiya ilə ABŞ arasında dialoq yoxdur və Vladimir Putin Amerika auditoriyası üçün müsahibəyə razılıq verməklə nümunə göstərib.

"Biz prezident Baydenin beynəlxalq vəziyyəti sabitləşdirmək, etimadı bərpa etmək və ABŞ-lə Rusiya arasında münasibətləri yeniləmək barədə fikirlərini eşitmək fürsətini yüksək qiymətləndiririk", - məktubda qeyd olunub.

Bildirilir ki, agentlik Baydenlə müsahibəni xarici dillərə tərcümə etməyə və media qruplarının platformalarında yaymağa hazırdır.

Qeyd edək ki, Putinin amerikalı jurnalistlə müsahibəsinin tam mətni fevralın 9-u Kremlin saytında yerləşdirilib. Müsahibə ümumilikdə 2 saat 6 dəqiqə davam edib. Rusiya lideri bu müddət ərzində təqribən 60 suala cavab verib. 


Etiketlər:  Baydendən müsahibə almaq istəyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ