Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şolts tez getdi, zavallı Nikolu Əliyevlə tək qoydu - KİV

Şolts tez getdi, zavallı Nikolu Əliyevlə tək qoydu - KİV

Tarix: 20 Fevral 2024 22:50

Həmişə olduğu kimi, Əliyev bu dəfə də Münhendə Paşinyanla danışıqlar zamanı üzündə həqarətli təbəssümlə oturdu. O, hər şeyin öz planı üzrə getdiyini bilirsə, niyə də olmasın?

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Ermənistanın səsi" qəzetində yayımlanan məqalədə deyilir.

Məqalədə "Əliyev Münhendə nəyə nail oldu" sualına bu cür cavab verilib:

"Bakı-İrəvan münasibətlərinin indi vasitəçisiz tənzimləndiyi etiraf edildi. Azərbaycan Prezidenti bu barədə ATƏT sədrinə məlumat verdi və sonuncunu Minsk qrupunu rəsmən ləğv etməyə, fəaliyyətdə olan sədrin xüsusi nümayəndəsi vəzifəsinə xitam verməyə dəvət etdi. Azərbaycan lideri onunla Paşinyan arasında əsas müzakirələrin ikitərəfli formatda aparılması şərti ilə Şoltsun vasitəsilə görüşə razılaşdı, amma Almaniya kansleri tezliklə oradan ayrılaraq zavallı Paşinyanı Əliyevlə tək qoydu. Faktdır ki, Əliyev indi Paşinyanla yalnız ikitərəfli platformada danışmaq niyyətindədir. Paşinyanla daha asandır. Amma bu ikitərəfli platformanın sonuncu olacağı fakt deyil. Mümkündür ki, müəyyən müddətdən sonra Azərbaycana güzəştlə bağlı danışıqları yenidən üçtərəfli formatda aparılsın. Yalnız bu dəfə Ankara-İrəvan-Bakı formatında.

Əliyevin həqarətli gülüşünə təsəlli olaraq Britaniya Xarici Kəşfiyyatının (Mİ6) rəhbəri Riçard Mur Paşinyanla görüşüb. Demək olar ki, vacib heç nə danışılmayıb, yəqin ki, Paşinyan Armen Sərkisyana salamını çatdırıb".

Milli.Az


Etiketlər:  Şolts tez getdi zavallı Nikolu Əliyevlə tək qoydu KİV


RƏYLƏR