Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyə nəhəngindən səs-küylü transfer - Lukaku qərarını verdi

Türkiyə nəhəngindən səs-küylü transfer - Lukaku qərarını verdi

Tarix: 22 Fevral 2024 11:34

"Roma" ulduz hücumçu Romelu Lukaku ilə bağlı qərarını verib.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, "Roma" "Çelsi"dən icarəyə götürdüyü Lukakunun xidmətində maraqlı deyil. İtalya mediasının məlumatına görə, "Roma" Romelu Lukakunu transfer etmək hüquqununda istifadə etməyəcək və o, mövsümün sonunda "Çelsi"yə qayıdacaq. İddialara görə, ulduz futbolçunu daha əvvəl gündəminə alan "Fənərbaxça" və "Qalatasaray" Lukakunu transfer etmək üçün yenidən hərəkətə keçib. Səudiyyə Ərəbistanından gələn təkliflərə məhəl qoymayan Lukaku Avropada futbol oynamaq istəyir.

Qeyd edək ki, "Çelsi"nin ötən mövsüm 40 milyon avro tələb etdiyi, lakin alıcı tapa bilmədiyi Romelu Lukakunun transfer qiymətində ciddi endirim edəcəyi bildirilir. "Roma" Lukakunu təqribən 6 milyon avro qarşılığında icarəyə götürüb. "Roma"nın heyətində 31 oyuna çıxan futbolçu 16 qol vurub, 2 məhsuldar ötürmə edib.

Milli.Az


Etiketlər:  Türkiyə nəhəngindən səs küylü transfer Lukaku qərarını verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ