Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Fevral 2024 15:22
MLS-də ("Major League Soccer" - ABŞ və Kanada komandalarının yarışdığı ən yüksək futbol çempionatı - red.) yeni müntəzəm mövsümə start verilib.
Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, mövsümün ilk oyununda argentinalı ulduz futbolçu Lionel Messinin çıxış etdiyi "İnter Mayami" "Real Solt Leyk"i qəbul edib.
Oyun "İnter Mayami"nin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Lionel Messi oyunda bir məhsuldar ötürmə ilə yadda qalıb.
"İnter Mayami" - "Real Solt Leyk" - 2:0
Qollar: Teylor, 39 (1:0), Qomes, 83 (2:0)