Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Fevral 2024 16:45
Prezident İlham Əliyev "Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 13 yanvar tarixli 4264 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Sərəncamla COP29-un Təşkilat Komitəsinin tərkibi genişləndirilib.
Dəyişikliklə Təşkilat Komitəsinin üzvləri sırasına Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri Xanlar Ağalarov, "Qadın, İnkişaf, Gələcək" ictimai birliyinin sədri Gülşən Axundova əlavə edilib.