Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kolumbiyada helikopter qəzaya uğrayıb, 4 polis əməkdaşı ölüb

Kolumbiyada helikopter qəzaya uğrayıb, 4 polis əməkdaşı ölüb

Tarix: 23 Fevral 2024 08:46

Kolumbiyanın şimal-qərbindəki Antiokiya departamentində "Black Hawk" helikopterinin qəzaya uğraması nəticəsində dörd polis əməkdaşı həlak olub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Kolumbiya Milli Polisinin baş direktoru Uilyam Rene Salamanka sosial şəbəkədə yazıb.

"Mayor Xuan Morales, kapitan Sesar Rodriges, habelə iki superintendant Feder Selis və Rafael Qonsales Kolumbiyanı müdafiə edərkən "Black Hawk 0614" faciəsi nəticəsində dünyalarını dəyişiblər".

Eyni zamanda, Kolumbiya Prezidenti Qustav Petro hadisəyə reaksiya verərək ölənlərin ailələrinə başsağlığı verib.

Milli.Az


Etiketlər:  Kolumbiyada helikopter qəzaya uğrayıb 4 polis əməkdaşı ölüb


RƏYLƏR