Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yenilənmiş “WhatsApp” smartfonların şarjını sürətlə azaldır

Yenilənmiş “WhatsApp” smartfonların şarjını sürətlə azaldır

Tarix: 15 Noyabr 2019 14:16

“Xiaomi”, “Samsung”, “Google” və “OnePlus” smartfonlarının bəzi modellərinin şarjı “WhatsApp” messencerinin son versiyası quraşdırılandan sonra sürətlə azalır. Bu haqda sözügedən problemlə rastlaşmış istifadəçilər “Reddit”də və “Google Play”də messencerin səhifəsində öz fikirlərini yazıblar.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, belə hal ən çox “OnePlus” smartfonlarının istifadəçiləri arasında müşahidə olunub.

 

Bir çox istifadəçinin müşahidəsinə görə, mobil tətbiq arxa fonda işləməyə davam edərək batareyanın enerjisini sürətlə azaldır. Məsələn, “OnePlus 6” smartfon istifadəçisinin müşahidəsinə görə, akkumulyatordan istifadə statistikasında “WhatsApp”dan istifadə müddəti 1,5 saat kimi göstərilib, halbuki istifadəçi bu vaxt ərzində yalnız bir neçə mesaj göndərib.

 

Emil Hüseynov




Etiketlər:  Yenilənmiş WhatsApp smartfonların şarjını sürətlə azaldır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ