Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qarabağ” UEFA reytinqində: “Qalatasaray”ı keçib, “Fənərbaxça”ya çatıb

“Qarabağ” UEFA reytinqində: “Qalatasaray”ı keçib, “Fənərbaxça”ya çatıb

Tarix: 23 Fevral 2024 13:52

Avrokubokların növbəti oyun həftəsindən sonra klubların UEFA reytinqi açıqlanıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, Azərbaycanı "Top-100"də yalnız bir komanda ilə təmsil olunub.

Son ölkə çempionu "Qarabağ" Avropa Liqasının 1/8 finalına yüksəlməklə xal hesabını zənginləşdirib. Pley-offda "Braqa"nı mübarizədən kənarlaşdıran (4:2, 2:3) Qurban Qurbanovun yetirmələrinin aktivində 32,000 xal var.

"Qarabağ" Avropada 56-ci yerə şərikdir. Ağdam klubu "Fənərbaxça" və "Seltik"ə çataraq onlarla 56-58-ci yerləri bölüşür.

"Braqa" zəfərinə qədər 59-60-cı yerləri bölüşən "Qarabağ" şərik olduğu "Fiorentina"nı (31,000), həmçinin "Qalatasaray""ı (31,500) arxada qoyub.

Qeyd edək ki, siyahıya 143,000 xala malik "Mançester Siti" başçılıq edir.

Milli.Az


Etiketlər:  Qarabağ UEFA reytinqində Qalatasarayı keçib Fənərbaxçaya çatıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ