Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rey Kərimoğlu xəstəxanaya yerləşdirildi - FOTO

Rey Kərimoğlu xəstəxanaya yerləşdirildi - FOTO

Tarix: 23 Fevral 2024 17:42

Tanınmış jurnalist, Qarabağ qazisi Rey Kərimoğlunun səhhətində problem yaranıb. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  ötən gecədən jurnalistin təzyiqi bir neçə dəfə yüksəlib və burnundan qan açılıb.

Onun səhhəti ilə bağlı TƏBİB-ə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirilib ki, R. Kərimoğlu bu gün saat 13:00 radələrində Xətai Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub.

Ona kantuziyadan qaynaqlanan yüksək təzyiq, davamlı burun qanaması diaqnozu təyin edilib. 

Hazırda vəziyyəti stabil olaraq qiymətləndirilir.

Milli.Az


Etiketlər:  Rey Kərimoğlu xəstəxanaya yerləşdirildi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ