Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Fevral 2024 11:10
"Bayer"in futbolçusu Florian Virts Bundesliqada "qol+ötürmə" sistemi ilə xal sayını 50-yə çatdırıb.
Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, gənc yarımmüdafiəçi bu rəqəmə 20 yaş 296 günlüyündə nail olub.
O, "Mayns"la matçdakı (2:1) məhsuldar ötürmə ilə "100"ü yarılayıb. Bu, Bundesliqada 3-cü nəticədir. Ceydon Sanço 19 yaş 299 gün, Kay Haverts 20 yaş 270 günlüyündə bunu bacarıb.
Qeyd edək ki, "Bayer" Avropa Liqasının 1/8 finalında "Qarabağ"ın rəqibidir.