Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyəli məşhurların sərvəti açıqlandı - Siyahı

Türkiyəli məşhurların sərvəti açıqlandı - Siyahı

Tarix: 25 Fevral 2024 08:45

Türkiyəli məşhur aktyorların sərvəti açıqlanıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, siyahıda ilk sırada aktyor Kıvanç Tatlıtuğ yer alıb. Onun sərvəti 15 milyon dollar (təxminən 25 milyin 500 min manat) olaraq qiymətləndirilib.

Sıralamaya görə, aktyor Can Yaman və aktrisa Meryem Üzerli 10 miyon dollarlıq (təxminən 17 milyon manat) sərvətləri ilə ikinci və üçüncü yerləri bölüşüblər.

Aktrisa Hande Erçel 8 milyon dollarla (təxminən 13 milyon 600 min manat) siyahıda adını dördüncü sıraya yazdırıb.

Aktrisa Serenay Sarıkaya isə 6 milyon dollarlıq (10 milyon 200 min manat) hesabı ilə siyahıda beşinci olub.

Siyahıda digər məşhurların adı yer almayıb.

Milli.Az


Etiketlər:  Türkiyəli məşhurların sərvəti açıqlandı Siyahı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ