Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda ən varlı müğənni kimdir?

Azərbaycanda ən varlı müğənni kimdir?

Tarix: 25 Fevral 2024 18:45

Əməkdar artist Nüşabə Ələsgərli "Özəl" verilişində şou-biznesdə ən varlı müğənni olması haqqındakı iddialara cavab verib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Nüşabə Ələsgərli aparıcının "Mətbuatda adınız şou-biznesin ən varlı müğənnisi siyasında səsləndi. Bu doğrudurmu" sualına "Deməzdim. Hər zaman orta mövqeni tutan insanam. Dostlarım zarafat etmişdilər və bu dildən-dilə düşdü. İnsanın zənginliyi onun mənəviyyatındadır, ürəyindədir, çevrəsindədir. Heç kəs bu dünyada heç nə aparmayıb. İnsanın daxili aləmi zəngin olmalıdır", - deyə cavab verib.

İfaçı şou-biznesdə ən yaxın dostunun Nadir Qafarzadə olduğunu da bildirib: "Biz onunla hər gün bir yerdəyik".

Milli.Az


Etiketlər:  Azərbaycanda ən varlı müğənni kimdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ