Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bəxtiyar zədəsini sağaldıb, Ramillə oyunu gözləyir

Bəxtiyar zədəsini sağaldıb, Ramillə oyunu gözləyir

Tarix: 27 Fevral 2024 12:32

Türkiyə 1-ci Liqasında "Tuzlaspor"un şərəfini qoruyan Azərbaycan millisinin futbolçusu Bəxtiyar Həsənəlizadə zədəsini sağaldıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bu barədə futbolçunun özü məlumat verib.

Ayağından və belindən zədələnən müdafiəçi bildirib ki, bu həftə komanda ilə məşqlərə başlayacaq. Tuzla təmsilçisi martın 10-da 26-cı tur çərçivəsində yığmadakı komanda yoldaşı Ramil Şeydayevin formasını geydiyi "Kocaelispor"un qonağı olacaq.

31 yaşlı futbolçu da millimizin hücumçusuna qarşı mübarizə aparmaq istədiyini deyib: "İstanbulda müalicə olundum. Zədəmi sağaltmışam. Meydanda olub-olmayacağıma məşqçilər qərar verəcək. "Kocaelispor"a qarşı oynamaq istəyərəm. Azərbaycanlı futbolçuya qarşı mübarizə aparmaq xoş olar".

Qeyd edək ki, "Tuzlaspor" Türkiyə 1-ci Liqasında 23 xalla 15-ci pillədə qərarlaşıb. "Kocaelispor" isə 44 xalla 3-cü yerdədir.

Milli.Az


Etiketlər:  Bəxtiyar zədəsini sağaldıb Ramillə oyunu gözləyir


RƏYLƏR