Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2024 20:40
Təbrizin Xavəran Mədəniyyət Kompleksində keçirilən musiqi tədbirində "Barış" musiqi qrupunun nəzdində olan Azərbaycan rəqs truppasının çıxışına icazə verilməyib.
Sonxeber.net kult.az -a istinadən bildirir ki, bu barədə yerli mədəni fəallar məlumat yayıb.
Məlumata görə, buna rəqqasların Azərbaycan milli paltar geyinməsi səbəb olub.
Musiqi qrupunun başçısı Məsud Əmirsepehrin rəqsin icra edilməsi üçün israrları nəticə verməyib və qrup üzvləri kompleksdən çıxarılıb.
Rəqs qrupunun icrasına Şərqi Azərbaycan əyalətinin Mədəniyyət və İslami İrşad İdarəsinin mane olduğu bildirilib.