Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Barselona'' Alveşi bu statusdan məhrum etdi

''Barselona'' Alveşi bu statusdan məhrum etdi

Tarix: 27 Fevral 2024 21:52

"Barselona" zorlamada ittiham keçmiş futbolçusu Dani Alveşi klubun əfsanəsi statusundan məhrum edib.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, komanda Alveşin profilini saytın "Əfsanəvi Oyunçular" bölməsindən silib.

Qeyd olunur ki, "Barselona" bunu yalnız iş üzrə yekun qərar verildikdən sonra edib.

Qeyd edək ki, fevralın 22-də məhkəmə Alveşə hökm çıxarıb - o, 4,5 il müddətinə azadlıqdan məhrum edilib. İdmançı 2023-cü il yanvarın 20-də həbs edilib. Zərərçəkənin sözlərinə görə, 30 dekabr 2022-ci ildə Barselonadakı gecə klublarından birində futbolçu onu tualetə bağlayıb, orada döyüb və zorlayıb.

Alveş "Barselona" ilə birlikdə altı dəfə İspaniya çempionatının, üç dəfə ölkə kubokunun və Superkubokunun, Çempionlar Liqasının və UEFA Super Kubokunun, həmçinin 3 dəfə Klublararası Dünya Kubokunun qalibi olub.


Etiketlər:  Barselona Alveşi statusdan məhrum etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ