Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənistan Rusiyaya nota verdi

Ermənistan Rusiyaya nota verdi

Tarix: 28 Fevral 2024 20:30

Ermənistan Xarici İşlər Nazirliyi Rusiyaya etiraz notası göndərib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın yüksək texnologiyalar naziri Mxitar Ayrapetyan açıqlama verib.

O bildirib ki, ölkənin Xarici İşlər Nazirliyi Rusiya kanallarının respublika ərazisində yayımını tənzimləyən qanunvericiliyin pozulması ilə əlaqədar rusiyalı həmkarlarına etiraz notası göndərib.

Mxitar Ayrapetyan qeyd edib ki, iki ölkənin səlahiyyətli rəsmiləri arasında müzakirələrdən iki ay sonra yenidən qanun pozuntusu qeydə alınıb. Onun sözlərinə görə, son vaxtlar Rusiya efirlərində Ermənistan rəhbərliyinə qarşı təhqiramiz ifadələr tez-tez eşidilir.

O, rusiyalı həmkarına İrəvan və ya Moskvada məsləhətləşmələr aparmaq təklifi ilə məktub göndərib.

Ayrapetyan bildirib ki, çox güman ki, kütləvi kommunikasiyalar sahəsində əməkdaşlıq haqqında Rusiya ilə dövlətlərarası sazişin təkmilləşdirilməsinə və ya redaktə edilməsinə ehtiyac var.

Milli.Az


Etiketlər:  Ermənistan Rusiyaya nota verdi


RƏYLƏR