Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyədə məktəb direktoru oğlu ilə yaşlı ər-arvadı döydü - VİDEO

Türkiyədə məktəb direktoru oğlu ilə yaşlı ər-arvadı döydü - VİDEO

Tarix: 29 Fevral 2024 09:34

Türkiyədə məktəb direktoru işləyən ata oğlu ilə avtobusda yaşlı cütlüyü döyüb. 

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı görüntülər Türkiyə mətbuatında yayılıb.

Məlumata görə, hadisə ötən il dekabrın 15-də baş verib. Lakin avtobusun təhlükəsizlik kameralarında əks olunan görüntülər ötən gün ictimailəşib.

Bildirilib ki, məktəb direktoru işləyən İ.T. və 17 yaşlı oğlu görmə məhdudiyyətli 71 yaşlı kişini və onun yoldaşını döyüblər. Hadisə kiçik münaqişə nəticəsində baş verib.

Həmin gün cütlüyü döyən hər iki şəxs saxlanılıb, sonra isə həbs olunub.

Müzakirələrə səbəb olan həmin görüntüləri təqdim edirik:

Milli.Az


Etiketlər:  Türkiyədə məktəb direktoru oğlu ilə yaşlı ər arvadı döydü VİDEO


RƏYLƏR