Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıdakı məşhur kababxanalar söküldü - FOTO

Bakıdakı məşhur kababxanalar söküldü - FOTO

Tarix: 29 Fevral 2024 11:40

Bakının Yasamal rayonu ərazisində uzun müddət fəaliyyət göstərən kafe və ticarət obyektləri sökülüb.

Metbuat.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, rayonun Məhəmməd Xiyabani küçəsindəki kafelər və ət dükanları ləğv edilib. Dünən axşam saatlarından başlayaraq Yasamal rayon İcra Hakimiyyəti və digər əlaqədar qurumların əməkdaşları əraziyə gəlib, orada fəaliyyət göstərən kafe-kababxanaları sökməyə başlayıb. Ərazidə 20-dən artıq kafe sökülüb.

Qeyd edək ki, M. Xiyabani küçəsində fəaliyyət göstərən kafelər əsasən Füzuli və Cəbrayıl rayonundan olan məcburi köçkünlər tərəfindən inşa edilərək fəaliyyət göstərirdi. Ərazi uzun illər idi ki, "Ətçilər" kababxanaları kimi tanınırdı. Adıçəkilən ərazidə kafelərlə yanaşı xırdabuynuzlu heyvanların ət satışı da həyata keçirilirdi.

Milli.Az


Etiketlər:  Bakıdakı məşhur kababxanalar söküldü FOTO


RƏYLƏR