Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Fevral 2024 21:10
Macarıstan hökuməti Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin səlahiyyət müddətinə son qoymasını və Aİ-ni yalnız Avropada vəziyyətin pisləşməsinə səbəb olan qərarlardan azad etməsini istərdi.
Sonxeber.net musavat.com-a istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto jurnalistlərin müraciəti əsasında fon der Lyayenin Ukraynada münaqişənin davam etdirilməsi ilə bağlı bəyanatlarını şərh edərkən deyib.
"Avropa Komissiyasının sədrinə gəlincə, Avropa İttifaqının təhlükəsizlik və iqtisadi göstəriciləri yalnız pisləşdiyinə görə, yaxşı olardı ki, mandatı başa çatdıqdan sonra o, daha nə xarici siyasətə, nə də iqtisadiyyat və ya təhlükəsizlik sahəsində vəziyyətə dair heç bir bəyanat verməsin, qərar qəbul etməsin", - Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri deyib.