Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Fevral 2024 21:52
ABŞ hakimiyyəti ölkəyə idxal edilən Çin avtomobilləri ilə bağlı ölkənin milli təhlükəsizliyinə təhdid səbəbindən araşdırmaya başlayıb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə ABŞ Prezident Co Bayden deyib.
"Çin kimi problemli ölkələrin texnologiyalarından istifadə etməklə internet şəbəkəsinə qoşulan avtomobillərlə bağlı araşdırma aparılması üçün ticarət nazirinə təlimat verdim", - deyə Ağ Ev rəhbəri bildirib.
Onun sözlərinə görə, Çin maşınları vətəndaşlar, eləcə də ABŞ infrastrukturu haqqında məlumatları toplayıb Çin hakimiyyətinə ötürə bilər.