Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Xəyanət etdi, oğlum evində öldü”- Əməkdar artistin xanımı nələr danışdı

“Xəyanət etdi, oğlum evində öldü”- Əməkdar artistin xanımı nələr danışdı

Tarix: 1 Mart 2024 22:20

Əməkdar artist Rəhman Rəhmanovun birinci həyat yoldaşı Ulduz Əhmədova onun haqqında danışıb. 

Sonxeber.net lent.az-a istinadən bildirir ki, qadın Rəhman Rəhmanovun onlara baxmadığını, xəyanət etdiyini söyləyib.

"Xəstəydim, evdə 4 uşaq ac, Rəhman isə evə gəlmirdi, bir gün onu qovdum. Mənə xəbər çatmışdı ki, Rəhman başqa qadının yanına gedir. O gedən getdi, bir də evə qayıtmadı. Amma mən onunla da, o xanımla da münasibətləri yaxşı saxlamağa çalışırdım, çünki ortada uşaqlar var idi. Rəhmanın üstündə o qadının hökmü var idi", - deyən Ulduz xanım böyük oğlunun  uşaqkən ölməsindən də danışıb.

"Oğlum Rəhmangilə getdi. Orada yıxıldı, çınqıl şah damarını kəsmişdi, uşaq öldü. 2 oğlumu da sonralar itirdim, indi bir qızımız qalıb, o da atası ilə 5 ildir küsülüdür", - o bildirib.

Qeyd edək ki, Ulduz Əhmədova müğənni oğlu Emil ölərkən ona bu barədə xəbər verilməməsini, Emillə onun arasını Rəhman Rəhmanovun vurduğunu demişdi.


Etiketlər:  Xəyanət etdi oğlum evində öldü Əməkdar artistin xanımı nələr danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ