Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nəfəs onun yaxın qohumu imiş

Nəfəs onun yaxın qohumu imiş

Tarix: 2 Mart 2024 20:50

Müğənni Meydan Əsgərov Zaur Kamalın verilişində etdiyi açıqlama ilə hər kəsi təəccübləndirib.

Milli.Az sfera.az-a istinadən xəbər verir ki, sənətçi gənc xanım ifaçı Nəfəsin onun yaxın qohumu olduğunu bildirib.

Meydanın açıqlamasından Nəfəslə aralarından soyuq yellər əsdiyi aydın sezilib. Sənətçi etiraf edib ki, Nəfəsin müğənni olmasına qarşı çıxsa da o, fikrindən dönməyib.

Aparıcı Zaur müğənnidən Nəfəslə hansı qohumluq əlaqəsinin onları bağladığını soruşduqda Meydan Əsgərov "Nəfəs mənim bacımın nəvəsidi", - deyə cavab verib. 

Milli.Az


Etiketlər:  Nəfəs onun yaxın qohumu imiş


RƏYLƏR