Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Mart 2024 21:10
"Rolls-Royce" şirkəti hazırda dünyanın ən bahalı avtomobili sayılan yeni "Arcadia Droptail" kabrioletini təqdim edib.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, avtomobil Sinqapurdan olan müştərinin sifarişi ilə yaradılıb.
Avtomobil 600 at gücü olan 6,75 litrlik V12 tvin-turbo mühərriklə təchiz edilib. Kabrioletin salonu bahalı dəri və qızılgül kolları ilə bəzədilib. Onu yaratmaq üçün "Rolls-Royce" işçiləri səkkiz min saatdan çox işləyiblər. Bundan əlavə, işçilər tablosuna saatın hazırlanmasına iki il beş aydan çox vaxt sərf olunub.
"Rolls-Royce Arcadia Droptail"in kuzovu günəşdə parıldayan alüminium və şüşə hissəciklərindən ibarət unikal ağ mina ilə boyanıb.
Avtomobilin dəyəri 30 milyon dollar təşkil edib.