Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyanı yalnız belə məğlub edə bilərik - Fiko

Rusiyanı yalnız belə məğlub edə bilərik - Fiko

Tarix: 3 Mart 2024 10:22

Ukrayna Qərbin köməyinə baxmayaraq, münaqişəni həll edə bilmir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Slovakiyanın Baş naziri Robert Fiko bildirib.

"Qərb görür ki, ciddi maliyyə və hərbi yardımlara və sanksiyalara baxmayaraq, Ukrayna bu hərbi münaqişəni həll etmək iqtidarında deyil. Ancaq AB və NATO ölkələrindən ən müasir silahlarla hərbi personalın Ukraynaya gəlməsi vəziyyəti dəyişə bilər, lakin o zaman biz ancaq konyak və siqarla eyvanda oturub dünya apokalipsisinin başlamasını gözləyə bilərik", - R.Fiko vurğulayıb.

R.Fiko bildirib ki, Ukraynaya ən çox müasir hava hücumundan müdafiə sistemləri lazımdır, əks halda Ukraynada silah istehsalını və ya böyük təlim mərkəzlərini genişləndirmək barədə düşünməyin mənası yoxdur.

Milli.Az


Etiketlər:  Rusiyanı yalnız belə məğlub edə bilərik Fiko


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ