Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2024 07:30
Mahnıları ilə yanaşı estetik əməliyyatları ilə də tez-tez adından söz etdirən Fatih Ürek son fotosunna görə tənqid edilib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, o, şəklinə həddindən artıq fotoşop edib.
Hətta ifaçının gözü görünməz hala düşüb.
Ürek fotosuna "Şirin dostum Elifin ad günü gecəsidir. Təbii ki, qeybətsiz ola bilməz. Sevinirəm" sözlərini yazıb.
Onun bu şəkli sosial şəbəkədə tənqid edilib. Fatihin şəklinə "saxta üz" şərhi yazılıb. Çoxları onu tanımadıqlarını vurğulayıblar.