Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Fədayəni ərköyün böyütdüm, sonra da qarşısını ala bilmədim..." - FOTO

Tarix: 4 Mart 2024 10:20

"Uşaqlıqdan, hələ Laçında olanda gözümü açıb, həkim ailəsində böyümüşəm. Babam çox məşhur həkim olub. O xəstəxanada baş həkim idi. İş arası yeməyini gəlib yeyəndən sonra radioda günorta konserti olurdu.
Orada rəhmətlik Şövkət Ələkbərova, Əbülfət Əliyev, Hacıbaba Hüseynov və s. sənətkarlar oxuyurdu. Mən də sakitcə durub dinləyirdim. İstər-istəməz evimizdə o musiqiləri eşidirdim. Hər şey ailədən başlayır. O möhtəşəm sənətkarlara qulaq asırdım, onların səsi ilə böyüyürdüm"

 
Milli.Az bildirir ki, bunu Moderator.az-a açıqlamasında müğənni İlahə Fəda deyib. O daha sonra Əliağa Vahidin qəzəllərinin onun sənətinə təsir etdiyini də bildirib. 

"Yeni-yeni sənətə başlayanda Mərdəkanda bir restoran var idi, orada səhnə alırdım. Bir gün istədilər ki, muğam oxuyum. Mən də Əliağa Vahidin 30-40 qəzəlini əzbərdən bilirəm. Başladım Vahidin qəzəllərini oxumağa. O vaxt hələ muğamın incəliklərini, sirlərini bilmirdim. O günü o qədər pul qazandım ki. Vahidin adı gələn kimi dollarlar gəlirdi. Məclis dağılandan sonra musiqiçilərə dedim ki, vallah bu pulu mən yox, Əliağa Vahid qazanıb. Musiqiçilərə dedim ki, gedək onun qəbrini ziyarət edək. Onların heç biri də bilmir ki, o harada dəfn olunub. Mən də bilirəm ki, o Masazır kəndindəndir. Getdik Masazıra, kəndin içindəki yolayrıcında Əliağa Vahidin heykəli var idi. Onun heykəlinin qarşısında təzim edib dedim ki, bu pulları sənə görə qazanmışam, halal et" deyə sənətkar bildirib.
İlahə Fəda bildirib ki, qəzəlxanın qızının maddi və sosial durumu haqda heç bir məlumatı yoxdur. Müğənniyə qəzəlxanın qızı Firəngiz xanımın işsiz qaldığını, maddi durumuna görə iş axtardığını da xatırladırıq.

"Vahidin qızı nə gözləyirdi ki?! Zatən o vaxtkı sistem Vahidə dəyər vermədi, onun qızına nə dəyər verəcəkdi ki?! Yəqin ki, məni anladınız! Qızı bunu düşünməli idi! Burada bir məntiq var. O xanımın yerinə olsaydım heç bildirməzdim ki, Əliağa Vahidin qızıyam. O qədər qürurlu olardım. Xanım səsini çıxartdı nə oldu?! İstədiyinə nail oldumu? Olmadı!" deyə müğənni bildirib.
İlahə Fəda bacısı Fədayə Laçınla küsülülük iddialarına da son qoydu.
 
"Fədayənin ayağına bir tikan batsa, mənim ürəyimə sancılmış kimi hiss edərəm. Fədayə bunu çox gözəl bilir. Mən Fədayədən necə inciyə bilərəm?! İncisəm də bir mahnısına qulaq asıram, ürəyimin yağı əriyib gedir. Ərköyündür də. Onu da mən ərköyün etmişəm, sonra öhdəsindən gələ bilmədim. Boynuma alıram (gülür)" deyə sənətkar bildirib.

Milli.Az


Etiketlər:  Fədayəni ərköyün böyütdüm sonra da qarşısını ala bilmədim FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ