Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yuxarı Əskiparada tutulan ermənilər azad edildi

Yuxarı Əskiparada tutulan ermənilər  azad edildi

Tarix: 4 Mart 2024 17:26

Ermənistanın nəzarətində olan Yuxarı Əskipara kəndinə girən "Döyüş qardaşlığı" təşkilatının üzvləri Avetis Avetisyan (2020-ci il müharibəsinin iştirakçısı) və Henrik Mkrtçyan azadlığa buraxılıblar.

Milli.Az globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə "Döyüş qardaşlığı"nın Feysbuk səhifəsində məlumat paylaşılıb.

Bildirilib ki, saxlanılanlar Yuxarı Əskipara ərazisinə getməmək şərti ilə azad ediliblər.

Qeyd edək ki, onlar ötən gün Ermənistanın işğalı altında olan Yuxarı Əskipara kəndinə qanunsuz daxil olduqlarına görə saxlanılmışdılar.

Milli.Az


Etiketlər:  Yuxarı Əskiparada tutulan ermənilər azad edildi


RƏYLƏR