Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qrossi Rusiyaya gedəcək

Qrossi Rusiyaya gedəcək

Tarix: 4 Mart 2024 19:56

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi martın 5-də Rusiyaya səfər etməyi planlaşdırdığını bildirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Qrossinin sözlərinə görə, səfər zamanı o, Zaporojye Atom Elektrik Stansiyası (ZAES) ətrafında hərbi fəaliyyət problemini müzakirə edəcək. O bildirib ki, oradakı vəziyyət hələ də qeyri-sabit kimi xarakterizə edilə bilər.

Xatırladaq ki, fevral ayında MAQATE-nin baş direktoru Zaporojye Atom Elektrik Stansiyasına baş çəkib.

Qeyd edək ki, Ukraynanın cənub-şərqindəki Zaporojye Atom Elektrik Stansiyası Avropanın ən böyük atom elektrik stansiyasıdır.

ZAES 2022-ci il martın 4-də Rusiya ordusu tərəfindən ələ keçirilib. Rusiya Prezidenti Vladimir Putin 2022-ci il oktyabrın 5-də elektrik stansiyasının Rusiyanın mülkiyyətinə verilməsi haqqında fərman imzalayıb.

Milli.Az


Etiketlər:  Qrossi Rusiyaya gedəcək


RƏYLƏR