Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Mart 2024 06:25
Əməkdar artist Elza Seyidcahan geyimlərini hərraca çıxaracaq.
Sonxeber.net bildirir ki, bu haqda axşam.az-a açıqlamasında müğənni özü deyib. O bildirib ki, hərrac şəhərdə onun adına açılan və çıxış etdiyi məkanlardan birində keçiriləcək:
"Hərracda geyimlərim, aksessuarlarım olacaq. Çünki insanlar mənə zəng edir, yazır ki, filan əşyanız haradandır? Mən də qərara gəldim hərrac təşkil edim və onları satım. İlkin qiymət 200 manat olacaq. Ən çox ödəniş edən mənim geyimimə sahib ola biləcək. Həmin pulları isə layihələrimə xərcləyəcəyəm. Çünki mənim layihələrim çox pul tələb edir".