Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qarabağ” – “Bayer” oyununun hakimləri açıqlandı

“Qarabağ” – “Bayer” oyununun hakimləri açıqlandı

Tarix: 5 Mart 2024 09:52

"Qarabağ"ın "Bayer"lə ilk oyununun hakimləri açıqlanıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, Avropa Liqasının 1/8 mərhələsinin ilk oyunları çərçivəsində baş tutacaq matçı fransalı ədalət təmsilçiləri idarə edəcək.

Martın 7-də keçiriləcək görüşün baş hakimi Benua Bastien olacaq. Ona Hiçam Zakrani və Aurelien Bertomieu kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Ceremi Piqnard yerinə yetirəcək. Benua Millot VAR, Erik Uattelye AVAR olacaq. İçko Lozev (Bolqarıstan) isə qarşılaşmaya hakim-inspektoru kimi təyinat alıb.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Bayer" (Almaniya) qarşılaşması saat 21:45-də başlayacaq.

Milli.Az


Etiketlər:  Qarabağ Bayer oyununun hakimləri açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ