Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mədəkiçiltmədən sonra niyə çox ölüm halı olur? - Mütəxəssisdən Açıqlama

Mədəkiçiltmədən sonra niyə çox ölüm halı olur? - Mütəxəssisdən Açıqlama

Tarix: 5 Mart 2024 11:30

İnsanlar artıq çəkidən əziyyət çəkir. Bir çoxu diata və idman etməklə arıqlayır. Lakin bu çox zaman və əziyyət tələb edir. Bu səbəbdən də, bəziləri cərrahiyyə yolunu seçirlər.

Son illər mədəkiçiltmə əməliyyatlarının sayı artıb.Sonxeber.net bildirir ki, uzman doktor Elba Aliyev baku.ws-ə açıqlamasında bildirib ki, mədəkiçiltmə əməliyyatı kilo vermək istəyən pasientlər üçün ən effektli üsuldur:

"Heç bir diata və digər addımlar onun qədər effektli deyil. Yəni cərrahiyyə üsulu ilə effektli arıqlamaq mümkündür. Bunun da ən çox məsləhətlisi mədəkiçiltmə əməliyyatıdır".

Qeyd edək ki, mədəkiçiltmə əməliyyatı heç də həmişə xoş nəticələnmir. Bu əməliyyatdan sonra ölənlərin sayı da az deyil.

Bəs niyə mədəkiçiltmə əməliyyatından sonra ölüm halları niyə artıb?

Uzman həkim bildirir ki, bu əslində çox mürəkkəb bir əməliyyatdır və mədəkiçiltmə əməliyyatı zamanı vacib nüanslara diqqət yetirmək lazımdır:

"Hər bir əməliyyatdan sonra yarana biləcək fəsadlar var. Xüsusən kilolu xəstələr bir çox ağırlaşmalara açıqdır. Mütləq tromblaşma kimi ağırlaşmanın profilaktikası aparılmalıdır. Xəstələr əməliyyat öncə detallı müayinə olunmalıdır.

Endoskopiya icra olunmalıdır. Bir sıra hormanlara baxılmalıdır. Xəstənin psixoloji durumu araşdırılmalıdır. Xəstədə anoreksiya, nevroza kimi xəsətliklər varsa, bu xəstələr mütəxəssis konsultasiyasından keçməlidir. Bütün bunlardan sonra yetərli və güclü komanda tərəfindən əməliyyat icra olunmalıdır".

Bəs həkimlər mədəkiçiltmə əməliyyatı zamanı nəyi səhv edir?

Elba Aliyev deyir ki, ilk öncə həkimlər mədəkiçiltmə əməliyyatına uyğun pasient seçməlidir:

"Bunun üçün xüsusi göstərişlər var. Diabedi, şəkəri, hipertanik xəstəliyi olmayan xəstələrin bədən kütlə indeksi 40-ın üzərində olmalıdır.

Bütün əməliyyat riskləri xəstəyə başa salınmalıdır. Bu əməliyyatı icra etmək texniki baxımdan çətinlik yaratmasa da, özü-özlüyündə komanda işidir. Təcrübəli anestezioloq tərəfindən xəstə yönəltilməlidir".


Etiketlər:  Mədəkiçiltmədən sonra niyə çox ölüm halı olur Mütəxəssisdən Açıqlama


RƏYLƏR