Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qidadan uzunmüddətli imtinanın FAYDALARI: Həm artıq çəkidən qurtulun, həm də...

Qidadan uzunmüddətli imtinanın FAYDALARI: Həm artıq çəkidən qurtulun, həm də...

Tarix: 5 Mart 2024 21:12

London Kraliça Mariya Universitetinin alimlərinin rəhbərlik etdiyi elmi qrup aclığın yalnız üçüncü günündə daxili orqanların fəaliyyətini yaxşılaşdırdığını müəyyən edib.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, araşdırmanın nəticələri "Nature" jurnalında dərc olunub.

Məlum olub ki, yeməkdən uzun müddətlik imtina yalnız üçüncü gündə insan orqanizminə faydalı təsir göstərməyə başlayır. Bu, orqan və toxumaların zülal tərkibində dəyişikliklərin izlənilməsi nəticəsində aydın olub. Xüsusilə, qidadan uzun müddətlik imtina etmək yalnız artıq çəkidən qurtulmağa imkan vermir, həm də maddələr mübadiləsinə, qaraciyər və mədəaltı vəzi də daxil olmaqla bir çox orqanların fəaliyyətinə müsbət təsir göstərir.
Bundan əlavə, alimlər müəyyən ediblər ki, orqanizmdə müəyyən zülalların konsentrasiyasının artması beyinə də təsir edir. Onlardan bəziləri hipokampusda yeni neyronların meydana gəlməsini təşviq edir ki, bu da idrak qabiliyyətlərinin təkmilləşdirilməsi ilə əlaqələndirilir.


Etiketlər:  Qidadan uzunmüddətli imtinanın FAYDALARI Həm artıq çəkidən qurtulun həm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ