Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Mart 2024 18:28
Qərbdən Ermənistana heç bir təzyiq yoxdur və heç kim Ermənistanın Rusiya ilə münasibətlərini pozmayıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan brifinq zamanı bildirib.
"Bizi tez-tez ittiham edirlər ki, Ermənistanla Rusiya arasında münasibətlər bizim sayəmizdə pisləşib. Gəlin vəziyyətə daha geniş nəzər salaq və Rusiyanın digər ölkələrlə münasibətlərinin pisləşib-pisləşmədiyini anlayaq.
Ermənistan kimi çoxlu nümunələr var. Məsələyə insani müstəvidə nəzər salaq: əgər bir nəfər çox adamla pis münasibətdədirsə, deməli, bu, çoxlarının problemi deyil, yəqin ki, bir nəfərin problemidir", - deyə Armen Qriqoryan qeyd edib.