Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dünyanın ən şirin pilotu - Doğuşa kömək etmək üçün sükanı tərk etdi - FOTOlar

Dünyanın ən şirin pilotu - Doğuşa kömək etmək üçün sükanı tərk etdi - FOTOlar

Tarix: 6 Mart 2024 23:10

Cakarin Sararnrakskul adlı pilot öz üzərinə qeyri-adi bir vəzifə götürməli olub. Bir sərnişin təyyarəsinin kapitanı üçün bu, 18 illik karyerasında görünməmiş bir hal olub.

Milli.Az sfera.az-a istinadən bildirir ki, Taypeydən Banqkoka uçan təyyarədə hamilə sərnişininin qəfil doğuş sancısı başlayıb.

Ekipaj üzvləri bundan xəbər tutan kimi, 18 illik pilotluq təcrübəsi olan Sarrnrakskul pilot kabinini tərk edərək sərnişinin köməyinə qaçıb. İkinci pilot təyyarənin idarəsini ələ alıb.

Bu hadisə kapitan üçün bütün karyerası ərzində görünməmiş hal olsa da, o, fors-major halının öhdəsindən uğurla gələ bilib.

"Mən əvvəllər heç vaxt, mamaça olaraq uşaq dünyaya gətizdirməmişdim"-deyə pilot gülərək bildirir.

Banqkoka endikdən sonra ana və yeni doğulmuş uşağı həkimlər və təcili yardım maşını qarşılayıb. Pilot qürurla uşağın sağlam olduğunu, gənc ananın isə tam təhlükəsiz olduğunu vurğulayıb. Bütün ekipajın körpə ilə birlikdə paylaşdığı foto minlərlə bəyənmə alıb. İstifadəçilər postu "dünyanın ən şirin və sevimli" fotosu başlığı ilə paylaşıblar. 

"Bu körpə ömrünün sonuna qədər hər kəsə havada doğulduğunu söyləyə biləcək. Mən fəxr edirəm ki, onun doğulmasına kömək edə bildim"-deyən Sararnrakskul, ekipajın hətta uşağa Sky (ingilis dilində "səma") ləqəbini hədiyyə etdiyini də əlavə edir. 

Pilotun tibb təhsili olub-olmadığı məlum deyil, lakin o bununla hər kəsi heyrətləndirməyi bacarıb.

Milli.Az


Etiketlər:  Dünyanın ən şirin pilotu Doğuşa kömək etmək üçün sükanı tərk etdi FOTOlar


RƏYLƏR