Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Mart 2024 07:34
Yəmənli husilərin Ədən körfəzində Barbados bayrağı ilə hərəkət edən "True Confidence" gəmisinə atəş açması nəticəsində üç dənizçi ölüb, dördü isə yaralanıb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı sosial şəbəkədə bildirib.
Qeyd olunub ki, hadisə Səna vaxtı ilə martın 6-da saat 11:30-da baş verib. Sözügedən balker gəmiəleyhinə ballistik raketlə vurulub. Ədən körfəzindən tranzit keçən Barbados bayrağı altında üzən gəminin Liberiyaya aid olduğu açıqlanıb.
"Raket gəmiyə dəyib və çoxmillətli ekipaj üç nəfərin öldüyünü, üçü ağır olmaqla azı dörd nəfərin yaralandığını, gəmiyə böyük ziyan dəydiyini bildirir", - paylaşımda nəql edilib.
Ekipaj gəmini tərk edib, beynəlxalq koalisiyanın hərbi gəmiləri isə "reaksiya verib və durumu dəyərləndirirlər".
Mərkəzi Komandanlıq diqqət çəkib ki, bu, husilərin son iki gündə gəmiəleyhinə ballistik raket silahları ilə etdiyi beşinci hücumdur.
Xatırladaq ki, daha öncə "Ənsar Allah"ın nümayəndəsi körfəzdə gəmiyə hücum etdiklərini təsdiqləyib.