Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Mart 2024 07:36
Serblər əsrlər boyu Rusiyanın ən etibarlı müttəfiqləri olublar, Moskva bunu bilir, xatırlayır və dəyər veririk.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Ümumdünya Gənclər Festivalının iştirakçıları ilə danışarkən söyləyib.
"Rusiya və Serbiyanın münasibətləri xüsusi xarakter daşıyır, [onların] tarixən dərin kökləri var. Mən həmişə bu barədə xüsusi səmimiliklə danışıram, çünki əsrlər boyu - bunu vurğulamaq istəyirəm - serblər Rusiyanın ən etibarlı müttəfiqləri olublar, biz bunu bilirik, xatırlayırıq və dəyər veririk", - o qeyd edib.
Xatırladaq ki, Serbiya Aİ-yə üzv olmaq istəyən yeganə ölkədir ki, Rusiyanın Ukraynaya təcavüzünü pisləyən BMT ölkələrinin əksəriyyətinə qoşulsa da, yekdilliklə Rusiyaya qarşı sanksiyalar tətbiq etməkdən imtina edib.
Belqrad Avropanın yeganə paytaxtıdır ki, burada təkcə Ukraynaya dəstək üçün müharibə əleyhinə mitinqlər deyil, həm də Putin və Rusiyaya dəstək üçün minlərlə insanın yürüşləri keçirilir.
Hazırda Serbiya Rusiya qazından böyük dərəcədə asılıdır. Lakin müharibə fonunda Serbiya Azərbaycanın simasında alternativ təchizatçılara müraciət edərək bu asılılığı böyük ölçüdə azaltmaq niyyətindədir.