Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Sovetski”dəki qəzalı eyvan söküldü - FOTOlar

“Sovetski”dəki qəzalı eyvan söküldü - FOTOlar

Tarix: 7 Mart 2024 10:54

Bakının Yasamal rayonu Əlövsət Quliyev küçəsində ("Sovetski") yaşayış evlərindən birinin eyvanının uçmaq üzrə olması barədə məlumat vermişdik. Qəzalı vəziyyətdə olan eyvana nazik taxta bərkidildiyindən ərazidən keçənlər üçün ciddi təhlükə yaranmışdı.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı məlumat ictimailəşəndən sonra Yasamal Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən qəzalı eyvan sökülüb. 

Sökülən eyvanın təmiri ilə bağlı əlavə tədbirlər görüləcək.

Milli.Az


Etiketlər:  Sovetskidəki qəzalı eyvan söküldü FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ