Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan Prezidenti: Fransa neokolonializm siyasəti ilə bərabər, müsəlmanlara qarşı açıq-aşkar diskriminasiya siyasəti yürüdür

Azərbaycan Prezidenti: Fransa neokolonializm siyasəti ilə bərabər, müsəlmanlara qarşı açıq-aşkar diskriminasiya siyasəti yürüdür

Tarix: 8 Mart 2024 09:57

Fransa özünün ənənəvi neokolonializm siyasəti ilə bərabər, müsəlmanlara qarşı açıq-aşkar təzyiq və diskriminasiya siyasəti yürüdür, müxtəlif islamofob kampaniyalar təşkil edir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq konfransın iştirakçılarına məktubunda əksini tapıb.

Dövlətimizin başçısı vurğulayıb ki, bu ölkə "dünyəvilik" adı altında sırf müsəlmanların hüquq və azadlıqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunvericilik aktları və siyasi qərarlar qəbul edir. Bu ölkədə məscidlər, müsəlman mədəniyyət mərkəzləri və qəbiristanlıqlar müxtəlif formalarda təhqirlərə məruz qalır, müsəlman vətəndaşlar sıxışdırılır.


Etiketlər:  Azərbaycan Prezidenti Fransa neokolonializm siyasəti ilə bərabər müsəlmanlara qarşı açıq aşkar diskriminasiya siyasəti yürüdür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ