Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ərdoğanla Zelenski İstanbulda görüşəcəklər

Ərdoğanla Zelenski İstanbulda görüşəcəklər

Tarix: 8 Mart 2024 11:44

Türkiyə və Ukrayna Prezidentləri Rəcəb Tayyib Ərdoğanla Volodimir Zelenski arasında danışıqlar İstanbulda aparılacaq, bundan sonra birgə mətbuat konfransı planlaşdırılır.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə TASS-a Türkiyə liderinin ofisindəki mənbə bildirib.

"Prezidentlər Ərdoğan və Zelenski arasında görüşün yerli vaxtla təxminən saat 19:00-da Prezidentin İstanbulda, Dolmabaxçadakı iş kabinetində baş tutacağı gözlənilir. Görüşdən sonra mətbuat konfransı planlaşdırılır", - agentliyin həmsöhbəti bildirib.

Görüşdə Ukrayna ilə Rusiya arasında davam edən müharibə, taxıl dəhlizi sazişinin müddətinin uzadılması, bölgədə davamlı sülhəsəbəb ola biləcək qərarlar ətrafında fikir mübadiləsi aparılacaq.

Milli.Az


Etiketlər:  Ərdoğanla Zelenski İstanbulda görüşəcəklər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ