Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qurban Qurbanov İtaliya klubunu çalışdıra bilər - İDDİA

Qurban Qurbanov İtaliya klubunu çalışdıra bilər - İDDİA

Tarix: 9 Mart 2024 01:46

"Qarabağ"ın əfsanəvi çalışdırıcısı Qurban Qurbanov məşqçilik karyerasını Avropanın nəhəng klubunda davam etdirə bilər.

Milli.Az offsideplus.az-a istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssislə İtaliya A Seriyasında çıxış edən "Latsio" klubu yaxından maraqlanır.

Paytaxt təmsilçisi hazırkı baş məşqçi Maurissio Sarri ilə yolları ayırmaq niyyətindədir. Klubun namizədləri arasında həmyerlimiz də yer alıb. "Qartallar" bununla bağlı "köhlən atlar" rəhbərliyi ilə hələlik heç bir əlaqə saxlamayıb.

Qeyd edək ki, Qurbanovun Azərbaycan çempionu ilə müqaviləsi 2025-ci ilin yayında başa çatır.

Milli.Az


Etiketlər:  Qurban Qurbanov İtaliya klubunu çalışdıra bilər İDDİA


RƏYLƏR