Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aslan Kərimov: “Qarabağ”dan səfərdə də hər şeyi gözləmək olar”

Aslan Kərimov: “Qarabağ”dan səfərdə də hər şeyi gözləmək olar”

Tarix: 9 Mart 2024 14:02

"Bayer"lə müqaisədə qələbə üçün keyfiyyət çatmadı. İkinci hissədə rəqibin meydana çıxan oyunçuları onların keyfiyyətini bir qədər də artırdı".

Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, bunu"Qarabağ"ın sabiq futbolçusu Aslan Kərimov deyib.

51 yaşlı mütəxəsis Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"ın "Bayer"lə 2:2 hesablı heç-heçə etdiyi matçı dəyərləndirib. O bildirib ki, Qurban Qurbanovun komandası 1-ci hissədə möhtəşəm oynayıb: "Şanslarımızın 70 faizi dəyərləndirirdik. Belə oyunlarda qalib gəlmək üçün gərək 90, 100 faiz ələ düşən fürsətlərdən yararlanasan. Düzdür, doğru seçilmiş bir plan üzrə hərəkət etdik. Lakin dəyişikliklərdən sonra "Bayer" öyrəşdiyimiz kluba döndü. Oyunçu olaraq kimisə vurğulamaq istəməzdim. Amma Olavio Juninyonun hücumda 2 dəfə pressinq edib, topu "oğurlaması", qol vurması gözdən qaçmadı. O, irəlidə "Bayer" müdafiəçilərinə cəhənnəmi yaşatdı. Hesab edirəm ki, bu matçda zədə almasaydı, ən effektli oyunçu olacaqdı. Müdafiəçilərin də işini yerə vurmaq istəmirəm. Onlar da kifayət qədər yaxşı təsir bağışladılar. Belə bir komandaya qarşı öndə bu qədər pressinq edib, bu qədər qaçıb, qol imkanı yaratmaq asan məsələ deyildi. Bu səbəbdən də Juninyonu xüsusi dəyərləndirirəm".

Kərimov Xabi Alonsonun start heyətinə də münasibət bildirib: "Bayer" bu il Almaniya çempionu olmağa əsas namizəddir. Hər 2 cəbhədə də oynamaq məcburiyyətindədirlər. Bundan əvvəlki matçların nəticəsində əsas heyət futbolçularının ümumi göstəriciləri ola bilər ki, həddindən artıq çox olub. Qaçış məsafələri, artıq spritlər eləməkləri nəticəsində onlara "Qarabağ"la görüşdə dincəlmək imkanı verilib. Əsas heyətə ilk hissədə dincəlmək şansı verərkən Xabi Alonso öz güclərinin komandamızdan daha üstün olduğunu nəzərdə tutmuşdu. Ən azından ilk hissədə 0:2 hesabı ilə uduzacaqlarını düşünmürdülər. Birinci hissədə buraxdıqları qollardan sonra işin ciddiliyinin fərqinə vardılar. Bəxtləri gətirdi ki, "Qarabağ" 3-cü qolu vurmadı, əks halda burdan qayıdacaqdılar".

Veteran futbolçu cavab qarşılaşmasında "Qarabağ"dan gözləntilərini də açıqlayıb: "İlk oyundan sonra cavab qarşılaşmasından hər şeyi gözləmək olar. Sözsüz ki, yenə kağız üzərində favorit "Bayer"dir. Yenə meydana hansı heyətlə çıxacaqları vacibdir. Daha sonra Juninyonun bu matça hazır olub-olmayacağı da böyük sual doğurur. Digər tərəfdən də Almaniyada da qol imkanlarımız olacaq. "Bayer" topu hara gəldi vuran deyil. İspaniyalının işi burada görünür. Müdafiədən oyun qurarkən daha çox topun yaxınlığında say çoxluğu yaratmaq istəyirlər. Orda daha çox futbolçu ilə olurlar. Çoxluq olanda istər-istəməz ötürmə məsafələrin də qısa olur. 3-5 metrlik məsafələrə ötürmələr edirlər. Belə bir vəziyyətdə pressinq edib topu qazanmaq nisbətən rəqib komanda üçün əlverişli olur. Müdafiədən çıxdıqları təqdirdə bizim pressinq edən hücum xəttini geridə qoyurlar. Bu baxımdan bir qədər riskli oynayırlar. Belə bir futbol nümayiş etdirib topu itirmirsənsə, "Bayer"in 2-ci hissədəki performansını nümayiş etdirəcəksən. Amma düşünürəm ki, Conatan Tah yenə meydanda olacaq (gülür). Topu ondan oğurlayıb qol imkanları yarada bilərik. Məncə, bu oyun 55-in 45-ə rəqibin üstünlüyü ilə keçəcək. Qol imkanlarımız mütləq olacaq. "Braqa" ilə matçda bu epizodlardan yararlana bildik. "Bayer"ə qarşı bir daha özümüzü sınamalıyıq".

Qeyd edək ki, "Bayer" - "Qarabağ" arasında cavab oyunu martın 14-də Leverkuzendə keçiriləcək.


Etiketlər:  Aslan Kərimov Qarabağdan səfərdə hər şeyi gözləmək olar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ