Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2024 00:42
Fransa Qərb ölkələrindən Ukraynaya hərbçi göndərməyə hazır olan ölkələrin alyansını yaradır.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
"Fransa Ukraynaya Qərb qoşunlarını göndərmək istəyən ölkələrin ittifaqını yaradır və bununla da sözügedən məsələdə ehtiyatlı davranan rəsmi Berlinlə qarşıdurmanı dərinləşdirir", - deyə nəşrin məlumatında deyilir.
Xatırladaq ki, bir müddət öncə Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Qərb ölkələrindən Ukraynaya qoşun yeridilməsi ehtimalı istisna oluna bilməz.