Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dar şalvarlardakı gizli TƏHLÜKƏ

Dar şalvarlardakı gizli TƏHLÜKƏ

Tarix: 10 Mart 2024 21:51

Dünyada təxminən 300 milyon insan sidik qaçırma problemi ilə üz-üzədir.

Milli.Az medicina.az-a istinadla xəbər verir ki, sidik qaçırma, yetkin qadınların 50 faizinə təsir edən ümumi bir problemdir.

Yaşı 65-dən yuxarı olan qadınların 75 faizi sidik qaçırma problemi ilə üzləşir.

Dünya şöhrətli mütəxəssis, 15 ildən artıqdır bu mövzuda araşdırmalar aparan Dr. Cenni Krüqer problemin gizli səbəblərindən birini açıqlayıb.

O bildirib ki, qadınların 60 faizindən çoxunda çanaq dibi əzələləri zəifdir. Onun sözlərinə görə, qadınların əksəriyyəti öz bədənləri haqqında çox məlumatsızdır.

Dr. Krüqer dar cins şalvarların çanaq dibi əzələlərinə zərər verdiyi ilə bağlı xəbərdarlıq edib.

"Qarınınızı sıxan cins şalvarlar çanaq dibinə təzyiqi artıra və əvvəllər mövcud olan problemləri daha da pisləşdirə bilər. Əgər sidik kisəsinin əzələlərinə və çanaq dibinə çox təzyiq edən alt geyimlərinə üstünlük verirsinizsə, sidik qaçırma riski ilə üzləşəcəksiniz. Çanaq dibi əzələlərini gücləndirmək üçün bəzi məşqlər etməklə risklərin qarşısını ala bilərsiniz", - deyə Dr.Krüqer vurğulayıb.

Milli.Az


Etiketlər:  Dar şalvarlardakı gizli TƏHLÜKƏ


RƏYLƏR