Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Orucluqda sizi tox saxlayacaq qidalar

Orucluqda sizi tox saxlayacaq qidalar

Tarix: 11 Mart 2024 05:06

Ramazan ayı boyunca səhər yeməklərinə diqqət etmək sizi gün boyu tox saxlayacaq.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, hər imsak zamanı bunları yesəniz, uzun müddət acmayacaqsınız.

1. Kefir

Susuzluğu önləyən içkilərdən olan kefir eyni zamanda çox sayda faydalı bakteriyalarla zəngindir. Bu oruc tutan şəxslərin qarşılaşdığı həzmsizlik problemini də həll edir.

2. Alma

Yüksək lif tərkibli meyvə olan alma gün boyu tox qalmağınıza yardım edəcək.

3. Yulaf əzməsi

Tərkibi liflə zəngin olan bu taxıl növü həm aclığa, həm susuzluğa faydalıdır. Əgər kəpəyindən istifadə etsəniz daha uzun müddət aclıq hiss etməyəcəksiz. Sahurda kefirə 2 x.q yulaf kəpəyi qatıb yeyin.

4. Çörəkotu

Çörəkotu zəngin mineral və vitamin tərkibi ilə halsızlığınızın qarşısını alacaq.

5. Qoz

Hər səhər 2-3 ədəd qoz yemək həm tox qalmanıza, həm də enerjili olmanıza yardım edəcək.

6.Yumurta

Sağlam proteyin mənbəyi olan yumurtaya üstünlük verin. İstənilən halda yeyə bilərsiniz. Ancaq bu zaman susuz qalmamaq üçün duz istifadə etməyin.

7.Yaşıl çay

Hər səhər adi çayı yaşıl çayla əvəz etsəniz, gün boyu həm enerjiniz azalmayacaq, həm də baş ağrısından uzaq olacaqsınız.

8. Banan

Səhər banan, süd və xırdalanmış qoz ləpəsindən ibarət kokteyl sizi uzun müddət tox tutacaq və xoş əhval-ruhiyyə ilə təmin edəcək.

9. Darçın

Səhər kofe icərkən və ya kokteyllərinizə əlavə edəcəyiniz darçın insulin dirənci ilə başa çıxmanıza kömək edəcək. Bu da uzun müddət tox qalmağınız deməkdir.

Sonda onu da əlavə edək ki, səhər yeməklərində əsla ağ çörəkdən istifadə etməyin. Çünki, bu ərzaq qan şəkərini anidən yüksəldir və qısa müddət sonra aclıq hiss etdirir. 


Etiketlər:  Orucluqda sizi saxlayacaq qidalar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ