Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Netanyahudan Baydenə sərt cavab...

Netanyahudan Baydenə sərt cavab...

Tarix: 11 Mart 2024 07:50

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Co Baydenin ona yönəlik tənqidlərini rədd edib və israillilərin əksəriyyətinin onun Qəzza zolağındakı siyasətini dəstəklədiyini bildirib.

Sonxeber.net axar.az-a istinadla xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

"ABŞ Prezidenti bununla hesab edir ki, mən israillilərin əksəriyyətinin istəklərinə zidd olan şəxsi siyasət yeridirəm və bu, İsrailin maraqlarına zərərlidir, o, hər iki baxımdan yanılır",- o bildirib.

Onun fikrincə, Qəzzada əməliyyatlar ölkə vətəndaşlarının böyük əksəriyyəti tərəfindən dəstəklənir:

"Onlar (israillilər - red.) qalan HƏMAS batalyonlarını məhv etmək üçün gördüyümüz tədbirləri dəstəkləyirlər".

Qeyd edək ki, Bayden Netanyahunun Qəzzadakı hərəkətləri ilə bütün dünyanı özünə qarşı çevirdiyi üçün İsrailə kömək etməkdən daha çox zərər verdiyini bildirmişdi.


Etiketlər:  Netanyahudan Baydenə sərt cavab


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ