Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qətər ABŞ-ın arxasından iş görür: İranla əməkdaşlıq...

Qətər ABŞ-ın arxasından iş görür:  İranla əməkdaşlıq...

Tarix: 11 Mart 2024 16:02

İran, Rusiya və Taliban qruplaşmasının nümayəndələri ABŞ-ın nominal müttəfiqi olan Qətərdə keçirilən silah sərgisində iştirak edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Foks Nyus" məlumat yayıb.

Qeyd olunur ki, İran Qətər silah sərgisində hərbi imkanlarını reklam etmək üçün böyük platformaya malikdir, baxmayaraq ki, Doha ABŞ ilə müdafiə və strateji tərəfdaşlığını vurğulamaqda davam edir:

"Bu, Qətərin Amerikanın düşmənlərinin silahlanmasına kömək edə biləcəyi ilə bağlı narahatlıqları artırıb".

Amerikalı mütəxəssis Met Makinnis isə bildirib ki, Qətərin İranı, Rusiyanı və digər ölkələri dəvət etməsi təəccüblü deyil:

"Hətta eşitdim ki, Taliban oraya müdafiə sərgisi üçün nümayəndə heyəti göndərib. Buna görə də hər kəsə açıq olmaq bir çox cəhətdən Qətərə xasdır. Bu, ABŞ və digər tərəfdaşlar arasında Qətərin silah satışı, İran və Rusiya kimi yerlərdən gələn mürəkkəb silahların yayılmasının asanlaşdırılmasında potensial olaraq oynadığı rolla bağlı narahatlığı artıracaq. Düşünürəm ki, bu, ABŞ-ın məmnun olmadığı bir haldır".

Milli.Az


Etiketlər:  Qətər ABŞ ın arxasından görür İranla əməkdaşlıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ