Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dibala nəhənglərin hədəfində - ''Yuventus'' 100 milyon istəyir

Dibala nəhənglərin hədəfində - ''Yuventus'' 100 milyon istəyir

Tarix: 6 May 2019 21:24

"Yuventus"un hücumçusu Paulo Dibala yayda komandasını dəyişə bilər.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, argentinalı futbolçu "Mançester Yunayted" və "Bavariya"nın maraq dairəsindədir. Sözügedən klublar 25 yaşlı forvard üçün "qoca sinyora"ya təklif göndərməsələr də, menecerlərdən onunla bağlı məlumat alıblar.

"Yuventus"un da Dibalanı satmağın əleyhinə olmadığı bildirilir. Turin klubunun hücumçu üçün 100 milyon avro tələb etdiyi iddia olunur.

Qeyd edək ki, bu mövsüm A Seriyasında 27 oyunda meydana çıxan Dibala 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

 


Etiketlər:  Dibala nəhənglərin hədəfində Yuventus milyon istəyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ