Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Daha bir ölkə "Avroviziya" təmsilçisinin adını açıqladı

Daha bir ölkə

Tarix: 12 Mart 2024 05:06

Portuqaliyanı "Avroviziya 2024" musiqi yarışmasında təmsil edəcək ifaçının adı açıqlanıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ölkəni müsabiqədə İolanda adlı müğənni təmsil edəcəklər. O, səhnədə "Grito" adlı mahnını ifa edəcək.

Qeyd edək ki, müsabiqədə ölkəmizi Fahree (Fəxri İsmayıl) təmsil edəcək.

Bu il yarışma İsveçin Malmö şəhərində keçiriləcək. Birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, final isə 11 may 2024-cü ildə planlaşdırılıb. Təmsilçimiz birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək.

Milli.Az


Etiketlər:  Daha bir ölkə Avroviziya təmsilçisinin adını açıqladı


RƏYLƏR